Ağsu rayonunun kəndlərində naməlum şəxslər gecə saatlarında qara paltar və maskada həyətlərə daxil olub yanğın törədiblər. Bu barədə kənd sakinləri avqustun 25-də məlumat verib.
Son 10 gün ərzində Keçdiməz və Bico kəndlərinin 2 min hektara yaxın ərazisi, meşə zolağı, 4 həyətyanı sahə, 3 yardımçı tikili tam yanıb.
Sakinlərinin sözlərinə görə, bir neçə gün öncə maskalı şəxslər Keçdiməz kənd sakininə hücum edib və hadisə yerindən qaçıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.