APA-nın dekabrın 10-da verdiyi məlumata görə, Tərtərin Şıxarx kəndindəki 2 saylı tam orta məktəbə hücum edilib. Məktəbin bir sıra otaqları, avadanlıqlar naməlum şəxslər tərəfindən dağıdılıb.
Məktəbin direktoru açıqlamasında bildirib ki, hadisə 10-15 gün əvvəl olub. Direktor bu barədə rayon Təhsil Şöbəsinə, İcra Hakimiyyətinə və Polis Şöbəsinə məlumat verildiyini bildirib.
Hadisənin törədən şəxslərin kimliyi hələlik məlum deyil. Araşdırma aparılır.