Balakən rayonunun Hənifə kəndində polis narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlayıb. Bu haqda dekabrın 21-də DİN məlumat verib.
Şəxs davamlı olaraq yol-hərəkəti qaydalarını pozub və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradıb.
Daha sonra sürücünün və avtomobildə olan sərnişinin narkotik vasitə qəbul etmələri məlum olub.
Sürücü məhkəmənin qərarı ilə 15 sutka müddətinə inzibati qaydada həbs olunub.
Faktla bağlı araşdırma davam edir.