Şəmkir rayonu və Müşfiqabad qəsəbəsində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb. Bu haqda dekabrın 31-də DİN məlumat verib.
Hər iki şəxs barədə protokollar tərtib olunub.
Şəmkir ərazisində saxlanılan şəxs 400 manat məbləğində cərimələnib. Digər vətəndaş isə 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Faktlarla bağlı araşdırmalar davam edir.