Qaradağ rayonunda Narkotik vasitələrin təsiri altında "Opel" markalı avtomobili idarə edən şəxs saxlanılıb. Bu haqda dekabrın 30-da DİN məlumat verib.
Saxlanılan şəxs polis əməkdaşlarına tabesizlik göstərdiyi üçün barəsində protokol tərtib olunub.
Qaradağ rayon Məhkəməsinin qərarı ilə o, 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Fakla bağlı araşdırma davam edir.