Ağstafada narkotik satan bacı-qardaş tutulub. Bu haqda martın 28-də APA məlumat yayıb.
Ucar rayon sakinləri, əvvəllər məhkum olunmuş bacı-qardaşdan 1 kiloqram 850 qram heroin, 1 kiloqram 880 qram marixuana və 140 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.