Göygöldə narkotik saxlanılmasında və satışında şübhəli bilinən 9 nəfər saxlanılıb. Bu barədə dekabrın 20-də DİN məlumat verib.
Məlumata əsasən, istirahət parklarından birində gözətçi işləyən şəxsin narkotik satması məlum olub. O, istintaqa təhvil verilib.
Daha sonra isə qanunsuz olaraq heroin, marixuana və metamfetamin saxlayan 8 nəfər saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam edir.