Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər həbs edilib. Bu barədə dekabrın 17-də Daxili İşlər Nazirliyi məlumat verib.
Salyanda “VAZ-2106”, Qazaxda “Mercedes” və Binəqədidə “Khazar” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıblar.
Polis əməkdaşları həmin sürücülərin narkotik vasitə qəbul etdiklərini müəyyən edib. Onların barəsində protokollar tərtib olunub.
“VAZ-2106” və “Mercedes” markalı avtomobillərin sürücüləri müvafiq olaraq 1 il və 6 ay müddətinə sürücülük hüququndan məhrum ediliblər, “Khazar” markalı avtomobilin sürücüsü isə 400 manat məbləğində cərimələnib.
2021-ci ilin 9 ayı ərzində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 650 sürücü saxlanılıb.