Balakəndə narkotik maddələrin təsiri altında avtomobil idarə edən 3 sürücü saxlanılıb. Bu haqda yanvarın 12-də DİN məlumat verib.
Sürücülərin ikisi əvvəllər məhkum olunmuş şəxslərdir. Polis tərəfindən yoxlama zamanı hər iki sürücünün nəqliyyat vasitəsini etibarnaməsiz sürdüyü və narkotik vasitənin təsiri altında sərnişindaşıma fəaliyyəti ilə məşğul olduqları məlum olub.
Həmçinin Qullar kəndində “VAZ-21014” markalı avtomobilin sürücüsü saxlanılıb. O, narkotik qəbul edərək taksi xidməti ilə məşğul olub.
Hər üç sürücü barəsində toplanmış materiallar məhkəməyə göndərilib.
Faktla bağlı araşdırma davam edir.