Yol Polisi Xızıda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlayıb. Bu haqda dekabrın 20-də DİN məlumat verib.
Həmin sürücü Şabran rayonu ərazisində təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün polis tərəfindən saxlanılıb. Daha sonra polislərdə avtomobildə olan digər 2 sərnişinin narkotik vasitənin təsiri altında olmalarına dair əsaslı şübhələr yaranıb.
Həmin şəxslər RPŞ-nə gətirilərək həkim müayinəsindən keçiriliblər və onların narkotik vasitələrin təsiri altında olmaları təsdiqlənib.
Faktla bağlı araşdırma davam edir.