Kürdəmirdə polis tərəfindən narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb. Bu haqda martın 9-da Report məlumat yayıb.
Həmin sürücü barəsində protokol tərtib olunub.
Kürdəmir rayon məhkəməsinin qərarı ilə o, 5 sutka inzibati qaydada həbs edilib.