Bugün, dekabrın 7-də narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən şəxsə hökm oxunub. Bu barədə Report məlumat paylaşıb.
Hökmə görə, saxlanılan şəxs 14 il 2 ay müddətinə həbs olunub. O, öz ifadəsində narkotiklərin satışını sosial şəbəkə üzərindən həyata keçirdiyini etiraf edib.
Məlumata əsasən, şübhəli bilinən şəxsin üzərindən 97 qram heroin, 101 qram metamfetamin, satış zamanı istifadə olunmuş plastik kart aşkarlanıb. Onun evindən isə 6 kiloqramdan artıq heroin, 1 kiloqramdan çox tiryək, 3 kiloqrama yaxın metamfetamin, 946 qram marixuana, 200 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi götürülüb.