Belarus prezidenti müsahibəsində NATO ilə münasibətləri barədə danışıb. Bu haqda İnsanoid APA-ya istinadən bu gün, 15 avqust tarixində xəbər verir.
Belarus Prezidenti Aleksandr Lukaşenko “Rossiya” telekanalına müsahibəsində deyib:
“Biz müharibə istəmirik, lakin NATO istəyərsə başqa yol qalmayacaq. Bizim dövlət sərhədimiz pozularsa, “qırmızı xətti” də nəzərə almayacağıq. Mən bir sərhədçi olaraq deyirəm ki, buna dərhal reaksiya verəcəyik. Onu da bildirmək istəyirəm ki, artıq onlara hansı səviyyədə cavab verəcəyimizlə bağlı plan da hazırdır”.