Ermənistanın verdiyi mina xəritələri tam dəqiq deyil. Bunu dekabrın 16-da fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə əsasən, minatəmizləmə əməliyyatları ilə bağlı alay yaradılıb, avadanlıqlar alınıb və xüsusi itlər hazırlanıb.