Nazirlər Kabineti maaş, pensiya və müavinətlərin artırılması ilə bağlı təklifləri oktyabrın 21-dək təqdim edəcək. Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri bildirib.
Qeyd edək ki, oktyabrın 16-da Prezident "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması ilə bağlı 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb Prezidentə təqdim etməlidir.