Mədəniyyət Nazirliyi ölkə ərazisindəki mədəniyyət müəssisələrinin sistemli monitorinqi prosesinə başlayıb. Bu barədə 1 avqust tarixində Report nazirliyə istinadən məlumat verib.
Bildirilib ki, Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrinin yenidən təşkil edilməsinin ardınca ölkə ərazisindəki mədəniyyət müəssisələrinin mövcud vəziyyətinin hərtərəfli qiymətləndirilməsi, qəzalı binaların, yararsız və fəaliyyətsiz müəssisələrin müəyyən edilməsi, bu istiqamətdə məlumatların sistemləşdirilməsi məqsədilə səyyar monitorinq qrupları təşkil edilib və bölgələrə ezam olunub.
Məlumata görə, monitorinq prosesi ölkənin bütün ərazisi üzrə 64 rayonu əhatə etməklə 4 500-ə yaxın müəssisədə aparılır.
[gallery columns="2" link="file" size="full" ids="123960,123961"]