“Neftçi” UEFA Konfrans Liqasında Bosniya və Herseqovinanın “Jelezniçar” klubu ilə keçiriləcək cavab oyunu ərəfəsində illik tizerini elan edib. Bu barədə İnsanoid bu gün, 3 avqust tarixində xəbər verib.
Bununla bağlı hazırlanan videoçarx “Neftçi TV” vasitəsilə paylaşılıb.
Videoda “ağ-qaralar”ın 2023/2024 mövsümünə hazır olduğu vurğulanıb.
“Neftçi” – “Jelezniçar” matçı 8-ci km stadionunda saat 21:00-da başlayacaq. Bu komandalar arasında Sarayevoda baş tutan ilk qarşılaşmada 2:2 hesabı qeydə alınıb.