UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Jelezniçar” matçı üçün “Iticket.az”da biletlərin hamısı satılıb.
Bu barədə 2 avqust tarixində klub rəsmi facebook səhifəsində məlumat yayıb.
Yalnız 1A sektoru üçün oyun günü bilet əldə etmək mümkün olacaq. Biletlər saat 10:00-dan etibarən 8-ci km stadionunun kassalarında satışda olacaq. Qiyməti 3 AZN-dir.
Matç avqustun 3-ü saat 21:00-da keçiriləcək.