“Neftçi” yeni Andre Şinyaşikini UEFA-ya sifariş edib. Bu barədə Report 5 avqust tarixində xəbər verib.
Braziliyalı hücumçunun adı Türkiyə “Beşiktaş”ı ilə keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsinə salınıb.
Bununla da iştirak ərizəsində olan oyunçuların sayı 27-yə çatıb. Onlardan 3-ü qapıçı, 10-u müdafiəçi, 12-si yarımmüdafiəçi, 2-si isə hücumçu kimi UEFA-ya təqdim edilib.
“Neftçi” və “Beşiktaş” arasında ilk oyun avqustun 10-da “Neftçi Arena”da, cavab matçı isə ayın 17-də “Beşiktaş” stadionunda keçiriləcək.