"Neftçi"nin sabiq futbolçusu Edson Kastilyo Cənubi Afrika Respublikasının "Kayzer Çifs" komandasına keçib. Bu barədə İnsanoid klubun rəsmi saytına istinadən bu gün, 13 iyul tarixində xəbər verir.
Venesuelalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
29 yaşlı oyunçu "ağ-qaralar"ın formasını 2016/2017 mövsümündə geyinib. O, "Neftçi"nin heyətində 20 oyun keçirib.