Fransanın PSJ klubu ulduz futbolçusu Neymarı Səudiyyə Ərəbistanının “Əl-Hilal”ına satıb. Bu barədə 14 avqust tarixində idman jurnalisti Fabrisio Romano məlumat yayıb.
Məlumata görə, tərəflər 100 milyon avro transfer məbləği ilə bağlı ortaq məxrəcə gəliblər. Braziliyalı “Əl-Hilal”da 10 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 31 yaşlı futbolçu 2017-ci ildə “Barselona”dan PSJ-yə rekord məbləğə – 222 milyon avroya keçib. Fransa klubunun heyətində 173 oyun keçirən hücumçu 118 qol vurub və 77 məhsuldar ötürmə edib.