Oktyabrın 21-də həkim-infeksionist Vasif Əliyev qeyd edib ki, əvvəlki mutasiyalardan fərqli olaraq “Delta plus” ştamının daha ağır formada keçdiyi barədə məlumatlar var. “Hansı mutasiyanın olmasından asılı olmayaraq, vaksinasiya prosesini sürətləndirməliyik”, - deyə infeksionist bildirib.
AY.4.2 mutasiyası “Delta plus” olaraq adlanır və delta ştamının alt növüdür.