İnformatika fənni üzrə təlim nəticələrinin tələblərinə uyğun qəbul proqramı hazırlanıb. Bu barədə dekabrın 28-də Dövlət İmtahan Mərkəzi məlumat verib.
Məlumata əsasən, proqrama V-XI sinif dərsliklərində məzmun standartlarının reallaşdırılması üçün verilən mövzular daxil edilib.
2023-cü ildə informatika fənni üzrə imtahan vermək istəyən abituriyentlər sözügedən proqram əsasında imtahana hazırlaşa bilərlər.