Oğuzda qardaşını qətlə yetirən şəxsə cinayət işi başlanılıb. Bu barədə aprelin 4-də Baş Prokurorluqdan məlumat verilib.
Aprelin 2-də saat 19 radələrində Oğuz rayon sakini, 1976-cı il təvəllüdlü Aqil Şirinovun almış olduğu xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Müəyyən olub ki, zərərçəkmişi qardaşı, 1973-cü il təvəllüdlü Namiq Şirinov yaranan mübahisə zamanı bıçaqlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanılıb.