Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb. Bu barədə FHN avqustun 21-də məlumat yayıb.
Hadisə nəticəsində 0,2 hektar sahədə quru ot və kol-kos yanıb.
***
09:21
Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının söndürülməsinə 1 ədəd helikopter cəlb edilib. Bu barədə FHN avqustun 20-də axşam saatlarında məlumat verib.
Yerli sakinlərin sözlərinə görə, hadisənin baş verdiyi ərazi Nazar çayının sağ sahilidir.
Əlavə məlumat veriləcək.