Oğuz rayonunda cari ildə 16 053 hektar sahədə payızlıq dən bitkiləri səpilib. Bu barədə 28 dekabr tarixində Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinə istinadən Azərtac məlumat verib.
11 283 hektar sahədə buğda, 4 970 hektarda isə arpa səpilib. Cari mövsümdə rayonda 16 453 hektar sahənin məhsulu biçilib, 53 576 ton taxıl istehsal olunub. Bu da əvvəlki illə müqayisədə 3 min tondan çox artım deməkdir.