Oğuz rayonunda intihar hadisəsi baş verib. Bu haqda məlumatı aprelin 11-də Report yayıb.
Hadisə rayonun Bayan kəndində baş verib. Kənd sakini 1962-ci il təvəllüdlü Mənsur Mürvət oğlu Haşımov özünü yaşadığı evin qarşısında olan talvardan asıb.
Məlumata görə, o, xəstəlikdən əziyyət çəkirdi. Faktla bağlı araşdırma aparılır.