Oğuzda elektron qolbaq daşıyan şəxsdən narkotik vasitə aşkar edilərək götürülüb. Bu barədə dekabrın 17-də Daxili İşlər Nazirliyi məlumat verib.
Belə ki, üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Kərimli kənd sakini saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı sellofan torbada qurudulmuş marixuana tapılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Sözügedən şəxs ötən il də narkotiklərin dövriyyəsi ilə məşğul olduğu üçün tutulmuşdur və elektron qolbaqla təchiz olunmuşdur.
Bu ilin 11 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8095 cinayət faktı aşkarlanıb. Ümumilikdə 6 ton 582 kiloqram narkotik müsadirə olunub.