Bu gün, martın 28-də günorta saatlarında Oğuzda güclü külək fəsadlar törədib. Bu barədə APA xəbər verib.
Küləkli hava şəraitinə görə rayonun Xaçmaz kəndində iri gövdəli ağac aşıb. Nəticədə elektrik naqilləri və qaz xətti zədələnib. Bu səbəbdən sözügedən kənddə gecə saatlarından elektrik enerjisinin və təbii qazın verilməsində fasilə yaranıb. Xaçmaz kəndindən Filfilli kəndinə aparan yol isə bağlanıb.
Hazırda elektrik enerjisi və təbii qazın bərpa edilməsi istiqamətində təmir işləri davam edir.