Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında olan meşədə martın 29-da yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər verib.
Yanğın zamanı 1,5 hektar sahədə quru ot və kol-kos yanıb. Sıx meşəlik ərazi isə alovdan mühafizə olunub.
Havanın küləkli olmasına baxmayaraq, alov söndürülüb.