Oğuzda leysan körpünü qəzalı vəziyyətə salıb. Bu barədə Report 7 sentyabr tarixində xəbər verib.
Ötən gecə rayonda leysan xarakterli intensiv yağış və güclü külək nəticəsində Filfilli çayının eyni adlı kənddən keçən hissəsində daşqın olub.
Sel suları 3 evin həyətyanı divarını dağıdıb, kəndin daxili yollarının bir hissəsinə ziyan dəyib.
Bundan başqa, rayonun Mollalı kəndinə gedən körpünün dayaqları qəzalı vəziyyətə düşüb.