Oğuz polisi rayonun Muxas kəndi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlayıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 24 avqust tarixində məlumat verir.
Qanunsuz kömür istehsal edən şəxslərin - kənd sakinləri Bəhrul Cumayev və Rəşad Əhmədovun barəsində İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci (dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsi) maddəsi ilə protokol tərtib edilib.
Kömür quyularının isə üzəri torpaqla örtülərək fəaliyyəti dayandırılıb.