Oğuz rayonunun Böyük Söyüdlü kəndində intihar hadisəsi baş verib. Bu barədə 16 iyul tarixində Report məlumat verib.
Belə ki, kənd sakini, 1972-ci il təvəllüdlü Ceyhun Mikayıl oğlu Məmmədkərimov yaşadığı evdə özünü asaraq intihar edib.
Məlumata görə, 51 yaşlı C.Məmmədkərimov üç gün əvvəl oğluna toy edib.
Faktla bağlı araşdırma aparılır.