Məktəbəqədər təhsil müəssisələrinə qəbul iyul ayından başlayacaq. Bu barədə aprelin 14-də Təhsil Nazirliyinin rəsmisi Elnur Əliyev APA-ya bildirib.
Həmçinin birinci sinfə qəbulla bağlı son hazırlıq işlərinin görüldüyü diqqətə çatdırılıb: “Yaxın zamanlarda valideynlər Təhsil Nazirliyinin bununla bağlı elanını görə biləcəklər”.