İndiyədək ölkə ərazisində 58 095 ədəd yeni nəsil nəzarət-kassa aparatları quraşdırılıb. Bu barədə 14 aprel tarixində Dövlət Vergi Xidmətinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, 2022-ci ilin yanvar-mart aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 4,3 milyard manatdan çox olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,1% çoxdur.