Ağdaşda 76 yaşlı qadın sirkə turşusundan ölüb. Bu barədə İnsanoid Report-a istinadən xəbər verir.
Ağdaş sakini, 76 yaşlı Vəzifə Nəbiyeva ötən gün günorta saatlarında yaşadığı evdə sirkə turşusu içib.
O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.