2022-ci ilin yanvar-fevral aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11% artaraq 768,3 manat olub. Bu barədə 12 aprel tarixində Dövlət Statistika Komitəsi məlumat verib.
Hesabata əsasən, muzdla işləyənlərin 19,8%-i təhsil, 18,8%-i ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində, 13,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Bu ilin martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 min nəfər çox olub.