Ötən gün 61 cinayətin üstü “isti izlər”lə açılıb. Bu haqda aprelin 16-da DİN məlumat yayıb.
Axtarışda olduğuna görə 51 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılıb.
Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.