Ötən gün törədilmiş 71 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə aprelin 14-də Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev məlumat verib.
Axtarışda olan 51 nəfər, cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.