MTK-ların mənzil sahiblərindən 47 manat dəyəri olan qaz sayğaclarının quraşdırılması üçün 500 manat istəməsi qanunsuzdur. Bu barədə 17 dekabr tarixində Report “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə istinadən məlumat verib.
Onun sözlərinə görə, 2021-ci ilin iyul ayından etibarən çoxmərtəbəli evlərdə sayğacların quraşdırılmasına görə heç bir ödəniş alınmır.