Özbəkistan lideri Şavkat Mirziyoyevin qızı Səidə Mirziyoyeva Prezidentin köməkçisi vəzifəsinə təyin edilib.
Bu barədə 25 avqust tarixində APA məlumat verib.
Məlumata əsasən, bununla bağlı Şavkat Mirziyoyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Səidə Mirziyoyeva ötən ilin noyabrından Özbəkistan Prezidenti Administrasiyasının informasiya siyasəti sektorunun müdiri vəzifəsində çalışır.