Cari tədris ili üçün peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu aparılacaq. Bu barədə sentyabrın 13-də Təhsil Nazirliyindən məlumat verilib.
Müsabiqə çərçivəsində ölkə üzrə 65 ixtisas fənn müəllimi və 131 istehsalat təlimi ustası vakansiyası elan olunub.
Müraciət etmək istəyənlər 13-17 sentyabr tarixləri arasında elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Ərizələri təstiq edilən namizədlər üçün sentyabr ayının ikinci yarısında imtahan keçiriləcək.