Peşə təhsilli məzunlar üçün karyera sərgisi təşkil olunub. Bu haqda dekabrın 9-da Dövlət Məşğulluq Agentliyi məlumat verib.
Sərgiyə 400-dən çox vakansiya ilə 24 şirkət qatılıb. Bu tədbirdən 350-ə qədər peşə təhsil müəssisəsi məzunları faydalanıb.
Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşlığı ilə keçirilən tədbirdə, həmçinin tələbə və məzunların əl işlərinə həsr olunmuş sərgiyə baxış keçirilib.
Sərginin məqsədi peşə təhsilli gənclərin məşğulluğunun artırılmasıdır.