Respublika üzrə bütün pensiyaların ödənilməsi martın 15-də planlaşdırılır. Bu barədə 12 mart tarixində Dövlət Sosial Müdafiə Fondunun Twitter səhifəsində məlumat verilib.
Məlumata əsasən, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Qeyd edək ki, 2022-ci ilin 1 yanvar tarixindən etibarən qulluq stajına görə tətbiq olunan pensiya artımının yanvar, fevral ayları üçün olan hissələri mart ayının pensiyası ilə birgə ödəniləcək.