Peyvəndin birinci dozasını alan vətəndaş koronavirusa yoluxarsa, o zaman peyvənd haqda məlumat sistemdən silinir. Bu haqda Səhiyyə Nazirliyi sentyabrın 2-də Trend-ə məlumat verib.
Nazirliyin məlumatına əsasən, həmin şəxslərə altı ay müddətinə immunitet sertifikatı verilir. Sağalandan üç ay sonra vətəndaş peyvəndin hər iki dozasını ala bilər.