“Adobe” şirkətinin həmtəsisçisi və "Photoshop"u yaradan Con Uornok 82 yaşında vəfat edib. Bu barədə 21 avqust tarixində Banker.az məlumat verib.
Məlumata görə, hadisə 19 avqust 2023-cü il tarixində baş verib. Onun ölüm səbəbi açıqlanmır.
Con Uornok və Çarli Geşke (2021-ci ildə vəfat edib) “Adobe” şirkətini 1982-ci ildə qurublar. Şirkətin orijinal loqosunu Con Uornokun həyat yoldaşı Marva Uornok tərtib etmişdi. Tərtibatçıların ilk məhsulu masaüstü nəşrlər üçün olan “PostScript” proqramlaşdırma dili idi.
Uornok 2000-ci ilə qədər “Adobe” şirkətinin baş direktoru, 2017-ci ilə qədər Geşke ilə birlikdə direktorlar şurasının həmsədri olub. 2023-cü ilin avqust ayına qədər o, şirkətin direktorlar şurasının üzvü olaraq qalırdı.