Polis əməkdaşları tərəfindən dekabrın 20-də ölkənin ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları ümumilikdə 9 ədəd ov tüfəngi götürülüb. Bu barədə 21 dekabr tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
2 silah könüllü olaraq polisə təhvil verilib.
Faktlarla bağlı araşdırmalar aparılır.