Cəlilabad Rayon Polis Şöbəsinin serjantı yol qəzasına düşüb. Bu haqda dekabrın 30-da Report məlumat verib.
Polisin nəqliyyat vasitəsi Cəlilabad-Yardımlı yolunun Sərhədabad kəndi ərazisindən aşıb və yol kənarına düşüb. Polis müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə paytaxt xəstəxanalarından birinə çatdırılıb.