Suraxanı rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 48 nəfər saxlanılıb. Bu barədə oktyabrın 22-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Əməliyyatlar rayonun Hövsan, Qaraçuxur, Əmircan, Bül-bülə, Yeni Suraxanı və Yeni Günəşli qəsəbələrində aparılıb. Həmin ərazilərdə narkotik vasitələrin qəbul edildiyi “tiryəkxana”lar aşkarlanıb.
Saxlanılan şəxslərin üzərindən külli miqdarda heroin, metamfetamin və tiryək aşkar edilərək götürülüb. Onların narkotik maddələri xarici ölkələrdə yaşayan vətəndaşlarlardan əldə etdikləri müəyyən edilib.