Postmüharibə dövründə şəhid ailələri, qazilər, müharibə əlilləri, erməni terrorundan zərər çəkənlər, onların yaxınları arasından 7100 şəxs özünüməşğulluq və digər aktiv məşğulluq tədbirlərinə cəlb olunub. Bu barədə 2 sentyabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.